Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər dəliyə girə bilən və məlumat topladıqdan sonra bir düymə ilə əriyən casus robot hazırlanıb - Foto

Tırtıl kimi hərəkət edən, missiyası başa çatdıqdan sonra isə iz buraxmadan əriyən robotlar hazırlanıb...

Unikal ixtiranın müəllifləri Seul Milli Universitetinin alimləridir.

Bildirilir ki, robot “Terminator-2” filmindəki maye robot “T-1000”ə oxşayır.

Məlumata görə, bu möcüzə robotlar silikon qatrandan və ultrabənövşəyi işığa məruz qaldıqda flüor ionlarını buraxan xüsusi plyonkadan hazırlanıb. Normal rejimdə robot sıx konsistensiyaya malikdir. O, ən dar çatlardan keçə bilir.

Robotun missiyası başa çatdıqda insan operator yalnız bir düyməni basır - ultrabənövşəyi işıq-diodlar yanır, bu da robotun əriməsinə səbəb olur. O, iki saatdan az müddətdə əriyir və torpağa tez hopan yağlı bir maye buraxır.
Özünü məhvetmə qabiliyyətinə malik robotlardan kəşfiyyat zamanı istifadə edilə bilər. Robot bütün lazımi məlumatları toplayandan sonra kəşfiyyatçılara onun yox olması üçün sadəcə bir düyməni basmaq kifayət edəcək. Beləliklə, məxfi məlumatların icazəsiz şəxslərə ötürülməsi riski minimuma endirilir.

Bundan əlavə, robotlar təhlükəli yerlərdə axtarış missiyalarında istifadə edilə bilər. Belə ki, missiya başa çatdıqdan sonra robot insanlara təhlükə yaratmadan məhv olur.(oxu.az)

Poliqon.info


Etiket: casus robot


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay