Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyadakı Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan rejissorunun filmi təqdim olunub

Film Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir...

Oktyabr ayının 24-də Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Münhen Dağ Yəhudiləri İcmasının təşəbbüsü ilə Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası"filminin təqfimatı keçirilib. Film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.

Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.

Poliqon.info