Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Ermənistana Rusiyadan gələn təsirlərə qarşı mübarizə üçün 50 milyon avro ayırıb

Kaya Kallas: Məqsəd regionda mina təmizləməni və etimad quruculuğunu gücləndirməkdir...

Poliqon xəbər verir ki, Avropa İttifaqı Ermənistanın təhlükəsizlik və institusional dayanıqlığını artırmaq məqsədilə İrəvana 50 milyon avro maliyyə yardımı ayırıb. Bu barədə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından sonra keçirilən brifinqdə Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaya Kallas məlumat verib.

Kallas bildirib ki, vəsait regionda mina təmizləmə fəaliyyətlərinin genişləndirilməsinə, həmçinin etimad qurucu mexanizmlərin yaradılmasına yönəldiləcək. O, çıxışı zamanı Ermənistanda vəziyyətə təsir göstərə bilən bəzi “Rusiya strukturlarının fəaliyyəti” barədə xəbərdarlıq edib və Brüsselin bu təsirlərin qarşısını almaq üçün İrəvana dəstək göstərdiyini vurğulayıb.

Aİ rəsmisinin sözlərinə görə, ayrılan maliyyə həm də Ermənistanın “xarici müdaxilələrin müəyyən edilməsi və onlara qarşı mübarizə qabiliyyətini gücləndirməyə” xidmət edəcək. Brüssel hesab edir ki, regionda sabitliyin möhkəmlənməsi, xüsusilə sülh təşəbbüslərinin irəliləməsi üçün İrəvanın institusional müstəqilliyinin artırılması vacibdir.

Analitiklər bu addımı Aİ-nin Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirmək cəhdi kimi dəyərləndirir, həmçinin Ermənistanın son aylarda təhlükəsizlik orientasiyasını yenidən nəzərdən keçirməsinin Brüssellə əməkdaşlığı daha da dərinləşdirdiyini qeyd edirlər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay