Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İraqı xəbərdar edib: İanyanlı qruplar Hizbullahı dəstəkləsə, İsrail Bağdada zərbə endirə bilər...

Vaşinqton İsrailin Livanda genişmiqyaslı əməliyyata hazırlaşdığını bildirir…

Poliqon xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Barak Bağdada səfəri zamanı İraq rəhbərliyinə ciddi xəbərdarlıq çatdırıb. Al-Hadath kanalının məlumatına görə, ABŞ diplomatı bildirib ki, əgər İrana bağlı silahlı qruplaşmalar Hizbullahın tərəfində münaqişəyə müdaxilə edərsə, İsrail İraq ərazisinə güclü zərbələr endirməyə hazırdır.

Mənbələr deyir ki, Barak görüş zamanı İsrailin Livanda Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyatın astanasında olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tel-Əvivin planlaşdırdığı kampaniya “Hizbullahın tam tərksilah edilməsinə qədər” davam edəcək. ABŞ rəsmisi qeyd edib ki, proiran qruplaşmaların istənilən dəstəyi regionda cəbhənin genişlənməsinə, İsrailin isə sərt və hədəfli qarşılıq verməsinə gətirib çıxaracaq.

ABŞ nümayəndəsi Bağdadın məsuliyyətlərini də dəqiq şəkildə açıqlayıb. Görüşdə ABŞ-ın tələbləri İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudaninin diqqətinə çatdırılıb. Bu tələblərə aşağıdakılar daxildir:

İraqın Hizbullaha iqtisadi və hərbi dəstəyin tam qarşısını alması;

Tegerana bağlı silahlı qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması;

Regiondakı qarşıdurmanın genişlənməsinə səbəb ola biləcək bütün kanalların bağlanması.

Analitiklər bildirirlər ki, ABŞ-ın bu qədər sərt tonlu mesajı İsrailin Livan cəbhəsində genişmiqyaslı əməliyyat planlarının real olduğuna işarə edir. Vaşinqton bölgədə ikinci cəbhənin açılmasının qarşısını almağa çalışır və İraq üzərindən İranın təsir mexanizmlərinin aktivləşməsini risk kimi qiymətləndirir.

İraq hökuməti isə çətin vəziyyətdədir: bir tərəfdən ABŞ-la təhlükəsizlik əməkdaşlığı, digər tərəfdən ölkə daxilində güclü təsirə malik şiə milisləri və Tehranla dərin əlaqələr hökumətin balanslı mövqe saxlamasını çətinləşdirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay