Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcək

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. İdman paytaxtının açılış mərasiminin mart ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından etibarən Qazaxda "İdman paytaxtı"na hazırlıq işlərinə start verilib. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"nın loqosu hazırlanaraq şəhərin mərkəzi hissələrinə vurulub. Həmçinin, “"Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 5 yanvar 2026-cı il tarixli 9-23/01 nömrəli Sərəncam imzalanıb. Sərəncamın imzalanmasında əsas məqsəd "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki aktivliyə cəlb olunması, sağlam həyat tərzinin stimullaşdırılması, uşaqlar-gənclər idmanının inkişafı və ehtiyat qüvvənin formalaşdırılmasının təmin olunması, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.

"Qazax İdman paytaxtı 2026" çərçivəsində silsilə tədbirlər keçiriləcəkdir. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Qazax Dövlət Rəsm Qalereyası da "Qazax İdman paytaxtı 2026" çərçivəsində öz töhfəsini verəcək. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsi keçiriləcəkdir.

Fevralın 5-də Qazax Rayon İcra Hakimiyyətində "Qazax İdman paytaxtı 2026" çərçivəsində keçiriləcək tədbirlər və sözügedən rəsm müsabiqəsi ilə bağlı görüləcək işlər müzakirə olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhunə Hüseynova, Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün olan əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri nəzərdə tutulmuş tədbirlərin, idman yarışlarının, festivallarının yüksək səviyyədə təşkil olunacağını söyləyib.

Rayon rəhbəri "Qazax İdman paytaxtı 2026"ya həsr olunmuş rəsm müsabiqəsinin keçirilməsinin vacibliyini qeyd edərək bu istiqamətdə hazırlıq işlərinə başlanılmasını bildirib və görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov çıxış edərək mədəniyyət işçilərinin də "Qazax İdman Paytaxtı-2026" çərçivəsində töhfə verəcəklərini, keçiriləcək rəsm müsabiqəsinin də bu istiqamətdə atılan nümunəvi addımlardan biri olacağını söyləyib. Müsabiqənin yüksək səviyyədə təşkil olunacağını diqqətə çatdırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay