Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WSJ: Trampın müşavirləri İran müharibəsindən çıxış planı hazırlamağa çağırır...

Ağ Ev daxilində uzunmüddətli müharibənin siyasi nəticələri və ictimai narazılıqla bağlı narahatlıq artır...

ABŞ prezidenti Donald Trampın bəzi yaxın müşavirləri Vaşinqtonun İranla bağlı hərbi qarşıdurmadan çıxış strategiyasını müəyyənləşdirməsinin zəruri olduğunu düşünür.

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, son günlərdə prezidentin bəzi müşavirləri Trampa ABŞ-nin müharibədən çıxışı üçün konkret plan hazırlamağı və eyni zamanda Amerika hərbi qüvvələrinin qarşıya qoyulan əsas məqsədlərə böyük ölçüdə nail olduğunu elan etməyi tövsiyə ediblər.

Mənbələrin sözlərinə görə, prezidentin konservativ elektoratının əhəmiyyətli hissəsi hələ də İranla bağlı başlanmış hərbi əməliyyatı dəstəkləsə də, Trampın bəzi müşavirləri daha uzunmüddətli müharibənin bu dəstəyi zəiflədə biləcəyindən ehtiyat edirlər.

Bildirilir ki, Trampa ictimai rəy sorğularının nəticələri də təqdim olunub. Həmin sorğular göstərir ki, ABŞ cəmiyyətində əksər vətəndaşlar İranla müharibəyə qarşı çıxırlar. Bu isə administrasiyanın gələcək addımlarına təsir göstərə biləcək mühüm siyasi amil kimi qiymətləndirilir.

Mənbələrin məlumatına görə, prezidentin komandası daxilində narahatlıq doğuran digər məqam neft qiymətlərinin sürətlə artmasıdır. Son günlər dünya bazarında neftin qiyməti bir barel üçün 100 ABŞ dollarını keçib ki, bu da qlobal iqtisadi vəziyyətə və ABŞ-də daxili siyasi mühitə təsir göstərə bilər.

Eyni zamanda bəzi respublikaçı siyasətçilərin də Ağ Evlə əlaqə saxlayaraq qarşıdan gələn aralıq seçkiləri fonunda müharibənin siyasi nəticələri ilə bağlı narahatlıqlarını bildirdikləri qeyd olunur.

Mənbələr bildirir ki, yaranmış vəziyyəti nəzərə alan Trampın komandası son günlər daha fəal informasiya və kommunikasiya strategiyası hazırlamaq barədə qərara gəlib. Məqsəd ABŞ ictimaiyyətini İranla bağlı hərbi əməliyyatların zəruriliyinə və Vaşinqtonun atdığı addımların əsaslandırılmış olduğuna inandırmaqdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar