Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Videosu ilə gündəm olan məmur danışdı: "Onlara "yazma" deyə bilmərəm"

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyətinin əməkdaşının davranışı sosial şəbəkələrdə qınanılmışdır. Bu hərəkətlə diqqət mərkəzinə düşən Samir Bədəlovun ötən gün vəzifəsinin dəyişdirilməsi ilə bağlı məlumat yayılıb...

Poliqon xəbər verir ki, Manset.az məsələ ilə bağlı Samir Bədəlovla əlaqə saxlayıb. O, sosial şəbəkələrdə ünvanına səslənən tənqidlərdən, etdiyi davranışdan və vəzifəsi ilə bağlı yayılan məlumatlardan danışıb.

Məlum videodan sonra yeni vəzifəyə təyin olunduğunuz deyilir. Bu doğrudur?

- Xeyr, heç bir vəzifəyə təyin olunmamışam. Bilmirəm, bu məlumatları haradan çıxardırlar?

Reyddə çəkilən videonuz gündəm oldu. Sizi niyə tənqid edirlər?

- Nə bilim, vallah. Sosial şəbəkədir də. Hər kəsin bir fikri var, nə deyim?

Belə məlumat yayılıb ki, həmin görüntülərdən sonra Sumqayıt şəhər İcra  Hakimiyyətinin başçısı Zakir Fərəcov sizi danlayıb, töhmət verib. Bu nə dərəcədə həqiqətə uyğundur?

- Yox. O məlumatları kim deyib bilmirəm. Hər yazılan həqiqət ola bilərmi? Ümumiyyətlə, sosial şəbəkələrdə nə yazırlarsa, yazsınlar. Allah canlarını sağ eləsin. Mən onlara "yazma" deyə bilmərəm.

Bu hadisədən sonra əksəriyyət sizin haqqınızda neqativ fikirdədir. Harasa gedəndə, görüşlərdə, ictimaiyyət arasında sizə qarşı münasibət necədir? 

- Hər kəs məni normal qarşılayır. Niyə neqativ tanınım ki? Mən nə etdim ki, neqativ də tanınam?

Meyvələri dükana deyil, avtomobilə yığmağınız birmənalı qarşılanmadı. Bəlkə də insanları qıcıqlandıran bu idi? Sizcə, bu addım insanların sizin haqqınızda neqativ düşünməsinə səbəb deyil?

- Vətəndaşa nə qədər xəbərdarlıq etmək olar? İnsana nə qədər demək olar ki, sənin obyektin var, get onun içində sat. Sonda da belə hal yaşandı.

Maraqlıdır, siz bu reydləri özünüz istədiyiniz yerdə edirsiniz, yoxsa bütünü şəhəri əhatə edir?

Xeyr. Sumqayıt şəhərindən söhbət gedir. Mən orada bir-iki yeri təmizləmirəm. Təmizlik bir nəfərdən asılı deyil ki, mən təkbaşına rahat təmizləyim. Küçələrdən söhbət gedir. Ona görə də sosial şəbəkə istifadəçiləri və insanlar məni qınamasın.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar