Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə 11 futbol klubunun 32 funksioneri qanunsuz mərc işi üzrə saxlanılıb

Araşdırma çərçivəsində onlarla məşqçi, menecer və hakim barəsində tədbir görülüb...

Poliqon xəbər verir ki, Türkiyənin hüquq mühafizə orqanları qanunsuz oyun mərcələri ilə bağlı araşdırma çərçivəsində 11 futbol klubunun 32 keçmiş və hazırkı funksionerini saxlayıb. Məlumatı NTV televiziya kanalı yayıb.

Əməliyyatlar cümə günü səhər saatlarında ölkənin 10 vilayətində eyni vaxtda keçirilib. Saxlanılanlar arasında yüksək liqada çıxış edən klubların nümayəndələri də var. Bildirilir ki, “Adana Demirspor”, “Antalyaspor” və “Alanyaspor” klublarının təmsilçiləri də istintaqa cəlb olunublar.

Bundan əvvəl Türkiyə Futbol Federasiyası son beş il ərzində peşəkar klubların 212 funksionerinin oyunlara qanunsuz mərc etdiyini müəyyən edib. Onların 108-i məşqçi, 104-ü isə klub meneceridir. Federasiya həmçinin oyunlara mərc üçün hesabları aşkar edilmiş 149 peşəkar hakimi səkkiz aydan bir ilədək müddətə oyunlardan kənarlaşdırıb. Araşdırma üzrə ümumilikdə 571 fəaliyyətdə olan hakim keçir, onlardan 371-nin mərc kontorlarında hesabı olduğu bildirilir.

Eyni zamanda, mərc işi üzrə intizam şurası qarşısına mindən artıq futbolçunun çıxarılacağı qeyd olunub. Türkiyənin ədliyyə naziri, bundan əvvəl İstanbulun baş prokuroru olmuş Akın Gürlek istintaqın genişləndirilə biləcəyini və bəzi futbol klublarının rəhbər şəxslərinin də saxlanılmasının mümkün olduğunu açıqlayıb. Onun sözlərinə görə, araşdırma yerli qurumlarla yanaşı beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır.

Hazırda istintaq tədbirləri davam edir və məsələ ölkə futbolunda son illərin ən böyük qalmaqallarından biri kimi qiymətləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar