Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turizm Agentliyi xarici blogerlərə bu il üçün 6 milyon manatdan çox vəsait xərcləyəcək

Dövlət Turizm Agentliyi son 2 həftə ərzində ümumi dəyəri 6 milyon 51 min 904 manat olan 12 açıq tender elan edib.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara görə, satınalmaların predmeti jurnalistlər, blogerlər və turizm sənayesinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili xidmətləridir.

Tanışlıq səfərləri Asiya, Avropa və Afrika qitəsindən gələcək olan blogerlər və jurnalistləri əhatə edir. Asiya ölkələri sırasında Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, İsrail, Türkmənistan, Tacikistan, Qırğızıstan, Bəhreyn, Küveyt, Oman, Yaponiya və Pakistan yer alır. Avropa istiqaməti üzrə Avstriya, İsveçrə, Almaniya, İspaniya, İtaliya, Fransa, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, Böyük Britaniya və İrlandiya nəzərdə tutulub. Afrika qitəsindən isə Misir siyahıya daxildir.

Tender elanının qalibi şirkət hələ ki, müəyyənləşməyib.

Lakin Dövlət Turizm Agentliyi ölkənin beynəlxalq miqyasda tanıdılması və turizmin inkişafına “töhfə” vermək adı ilə bundan əvvəlki illərdə də mütəmadi şəkildə milyonluq tenderlər elan edib. 

Bəzi ekspertlər isə hesab edirlər ki, sözügedən xərclər həddindən artıq yüksəkdir və vəsaitlərin bu formada xərclənməsi dövlət büdcəsi üçün əlavə yük yaradır. Onların fikrincə, turizmin təşviqi daha səmərəli və qənaətcil mexanizmlər vasitəsilə həyata keçirilə bilər.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə mətbuata açıqlama verərək bu xərclərə yönələn tənqidlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, turizmdən əldə olunan milyardlarla gəlirin fonunda dövlət xərclərinin “ekspertlər tərəfindən yenidən formatlaşdırılması” cəhdləri sadəlöhv təsir bağışlayır.

Kənan Quluzadə qeyd edib ki, bəzi media platformalarının xarici jurnalistlərin, blogerlərin və turizm sənayesi nümayəndələrinin Azərbaycan turizminin beynəlxalq bazarda təşviqi üçün cəlb olunmasına ayrılan xərclərə təəccüblənməsi səriştəsizlikdən xəbər verir. O vurğulayıb ki, turizm sahəsində rəqəmsal marketinq turistlərin cəlb edilməsinin əsas alətlərindən biridir:

“Dünyada səyahətçilərin üçdə birindən çoxu səyahət ideyalarını axtararkən sosial şəbəkələrə müraciət edir. Bu platformalarda aktiv olmaq sadəcə bizim seçimimiz deyil, zərurətdir”.

Müşavirin sözlərinə görə, Azərbaycan bu istiqamətdə xərclər baxımından hətta qonşu ölkələrdən də geri qalır və yaxın gələcəkdə rəqabət qabiliyyətinin artırılması üçün daha fəal addımlar atılmalıdır:

“Biz nəinki onlara çatmalı, məşhur şüarda deyildiyi kimi, hətta onları ötüb keçməliyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar