Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Konqresdə Respublikaçıların çoxluğunun qorunmasının çətin ola biləcəyini etiraf edib

ABŞ prezidenti aralıq seçkilərdə hakim partiyanın adətən mövqelərini itirdiyini xatırladıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ilk prezidentlik ilini öz qiymətləndirməsinə görə uğurlu hesab etməsinə baxmayaraq, qarşıdan gələn aralıq seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki çoxluğunu qoruyub saxlamaqda çətinliklərlə üzləşə biləcəyini bildirib. O, bunu son yüz il ərzində formalaşmış sabit tarixi tendensiya ilə izah edib.

Tramp Fox Business telekanalına müsahibəsində qeyd edib ki, bu prosesin məntiqini tam anlamaq çətindir.

“Mən bunun necə baş verdiyini tam başa düşmürəm, amma son 100 ilə baxsaq görərik ki, prezidentlər, istər respublikaçı, istər demokrat olsunlar, həm də nə qədər yaxşı işləmələrindən asılı olmayaraq aralıq seçkilərdə tez-tez çoxluğu itiriblər”, deyə Tramp buldirib.

ABŞ prezidenti hazırkı prezidentliyini uğurlu hesab etdiyini vurğulayıb və əlavə edib ki, hətta siyasi rəqibləri belə administrasiyasının ilk ilinin nəticələrini etiraf edirlər. Bununla yanaşı, Tramp xatırladıb ki, oxşar vəziyyətlər əvvəllər demokrat prezidentlərin dövründə də yaşanıb. Onun sözlərinə görə, həmin prezidentlər də fəaliyyət göstəriciləri baxımından müsbət qiymətləndirilsələr də, aralıq seçkilərdə Konqresdəki mövqelərini itiriblər.

Trampın fikrincə, bu tendensiya ABŞ siyasi sistemində uzun illərdir mövcud olan bir reallıqdır və hakim partiyanın fəaliyyətinin keyfiyyətindən asılı olmayaraq seçicilərin aralıq seçkilərdə balansı dəyişmək meyli ilə bağlıdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar