Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: Artıq Rusiyanın “baş düşməni” ABŞ deyil,Britaniyadır...

Kreml Vaşinqtonla münasibətləri bərpa etmək istəyir, düşmən olaraq isə oxları Londona yönəldir…

Poliqon xəbər verir ki, The Guardian nəşri Rusiyanın təbliğat məkanında əsas “xarici düşmən” obrazının ABŞ-dən Böyük Britaniyaya keçdiyini yazıb. Nəşrin təhlilinə görə, Londonla Moskva arasında əsrlər boyu davam edən geosiyasi rəqabət Ukrayna müharibəsi fonunda yeni gərginlik mərhələsinə yüksəlib və tərəflər arasındakı münasibətlər “tarixi minimuma” düşüb.

Kremlə yaxın media və rəsmilər Britaniyanı demək olar ki, bütün böyük beynəlxalq hadisələrin, “Şimal axını” qaz kəmərlərinin partladılmasından tutmuş, Rusiya pilotlarını “ələ almaq cəhdləri”nə qədər başlıca təşkilatçısı kimi təqdim edir. Bu narrativ Britaniyanı Rusiyanın əsas düşməni kimi göstərən geniş təbliğat kampaniyasına çevrilib.

Məqalədə qeyd olunur ki, belə bir dönüşün səbəblərindən biri də Moskvanın Donald Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdırmaq arzusu ola bilər. Kreml ABŞ-ı birbaşa hədəf almaq istəmir və buna görə də ittihamların mərkəzinə Böyük Britaniya çıxarılır. Beləliklə, “əsas günahkar” rolunun Vaşinqtondan Londona keçməsi Kremlin strateji mesajlaşmasının tərkib hissəsinə çevrilib.

Rusiya rəsmiləri Britaniyanı “eskalasiyaya təhrik etməkdə” və “Ukraynaya müharibəni davam etdirmək üçün motivasiya verməkdə” ittiham edir. Xüsusilə vurğulanır ki, London Kiyevə silah tədarükünü ilk başlayan ölkələrdən olub və bundan əlavə, Ukrayna ordusuna geniş kəşfiyyat məlumatları təqdim edir.

The Guardian yazır ki, Kreml diskursunda “anglosaksonlar” termini Qərbin vahid anti-Rusiya koalisiyasını təsvir edən ideoloji etiketə çevrilib, Britaniya kəşfiyyatı isə təbliğatın “sevimli hədəfləri” sırasındadır. “Levada Mərkəzi”nin sorğusuna görə, 49% rusiyalı Britaniyanı ölkənin əsas düşməni hesab edir; bu göstəricidə yalnız Almaniya ondan az fərqlə ikinci yerdədir.

Nəşr bildirir ki, Rusiya təbliğatının Britaniya barədə yaratdığı obraz ziddiyyətlidir: bir tərəfdən London “kolonial keçmişin kölgəsi” kimi zəif və təsirsiz göstərilir, digər tərəfdən isə qlobal proseslərə geniş təsir imkanına malik güclü dövlət kimi təqdim olunur. Buna baxmayaraq, son illər Britaniya Rusiyanın düşmənlər siyahısında xüsusi kateqoriyaya yüksəlib və bu tendensiya Moskvanın Avropa ilə ümumi münasibətlərinin pisləşməsindən daha sürətlə irəliləyir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar