Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Temmi Bryus: Tramp Putinin Ukrayna ilə bağlı mövqeyindən narazıdır

ABŞ Dövlət Departamentinin nümayəndəsi: Tramp diplomatiyanın uğuruna ümid edir, lakin realist olaraq qalır və bu səbəbdən sərt addımlar atmaqdan çəkinmir…

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı mövqeyindən və addımlarından narazıdır.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus keçirdiyi brifinqdə bildirib.

Temmi Bryusun sözlərinə görə, Trampın bu mövzuda verdiyi açıqlamalar onun mövqeyini aydın şəkildə əks etdirir.

“Prezidentin öz sözləri onun vəziyyəti necə qiymətləndirdiyini və Vladimir Putinin hərəkətlərindən məmnun olub-olmadığını ən yaxşı şəkildə göstərir. Aydın şəkildə deyə bilərik ki, Tramp narazıdır”, deyə Bryus qeyd edib.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Tramp hazırkı vəziyyətdən təsirlənmir və məyusdur.

“Onun son bəyanatları Ukraynaya daha çox müdafiə silahlarının verilməsinə yönəlib. O, hər zaman diplomatik yolla nəticə əldə etməyə ümid edir, lakin realistdir. Dünya bunu artıq görüb. İran bunu gördü, indi isə Rusiya da Trampın yeni addımları vasitəsilə bunu anlayır. O, səbirli şəxsdir, lakin bu, öz baxışlarından və onları həyata keçirmək əzmindən geri çəkiləcəyi anlamına gəlmir”, deyə o vurğulayıb.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Rusiya-Ukrayna müharibəsi ilə bağlı verdiyi bəyanatda Moskvanın mövqeyindən “çox narazı” olduğunu bildirmişdi. O, 50 gün ərzində döyüş əməliyyatları dayandırılmadığı təqdirdə ABŞ-ın Rusiya və onun tərəfdaş ölkələrinə qarşı 100 faiz həcmində əlavə gömrük rüsumları tətbiq edəcəyini bəyan etmişdi.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar