Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellektlə işləyən fermer robotu 75 nəfərlik briqadanı əvəzləyir

Nvidia və Carbon Robotics şirkətlərinin birgə hazırladığı LaserWeeder G2 alaq otlarını dəqiqliklə məhv edir və məhsuldarlığı xeyli artırır...

Poliqon xəbər verir ki, dünyanın aparıcı qrafik prosessor istehsalçılarından biri olan Nvidia və kənd təsərrüfatı üçün süni intellekt əsaslı robotlar hazırlayan Carbon Robotics şirkəti alaq otlarına qarşı mübarizədə yeni texnologiyanı təqdim edib. Onların birgə əməkdaşlığının nəticəsi LaserWeeder G2 adlı yüksək dəqiqlikli aqrar robot olub.

Traktora qoşulan bu qurğu böyük hesablama gücünə malikdir və üzərində quraşdırılmış 36 yüksək keyfiyyətli kamera vasitəsilə alaq otlarını tanıyaraq, onları 240 vatt gücündə 24 diod lazer ilə məhv edir. Məlumatlara görə, ötən yeddi il ərzində dünyanın 14 ölkəsində 150-dən çox fermer bu “alqoritmik terminator”dan istifadə edib.

LaserWeeder G2-nin məhsuldarlığı son dərəcə yüksəkdir: robot hər dəqiqədə 10 min, hər saatda isə 600 min alaq otunu məhv edə bilir. Bununla yanaşı, o, saatda 2–4 hektar sahəni emal etmək gücünə sahibdir ki, bu da təxminən 75 nəfərlik fəhlə briqadasının imkanlarını üstələyir. Aparatın effektivliyi 99 faiz olaraq qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, LaserWeeder G2 ənənəvi herbisidlərdən daha üstün və təhlükəsiz alternativdir. Kimyəvi dərmanlardan fərqli olaraq, robot torpağa və məhsula zərər vurmur, həm də alaq otlarının adaptasiya olunmasına imkan vermir. Bu isə kənd təsərrüfatında həm ekoloji, həm də iqtisadi baxımdan yeni dövrün başlanğıcı kimi dəyərləndirilir.

Poliqon.info


Etiket: Robot Fermer


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar