Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellektlə idarə olunan restoran açılır – "Yeməkləri Aİ hazırlayacaq"

Dubayda yaxın aylarda texnologiya və qastronomiyanın birləşdiyi unikal layihə həyata keçiriləcək...

"WOOHOO" adlı yeni restoran sentyabr ayında şəhərin mərkəzində, Burj Xəlifənin yaxınlığında qapılarını qonaqların üzünə açacaq. Bu restoranı digərlərindən fərqləndirən əsas xüsusiyyət isə onun süni intellektlə - "Aşbaz Aiman" tərəfindən idarə olunmasıdır.

Milli.Az xəbər verir ki, "Aşbaz Aiman" - adı "AI" (Süni İntellekt) və "human" (insan) sözlərinin birləşməsindən yaranıb - geniş dil modeli əsasında qurulub və on minlərlə resept, qida elmi tədqiqatları, molekulyar tərkiblər və fərqli mətbəx ənənələri üzərində "təhsil alıb". O, yeməkləri struktur, turşuluq, şirinlik və umami kimi dad komponentlərinə ayıraraq qeyri-adi və innovativ reseptlər yaradır.

Hərçənd ki, Aiman yeməyin dadını, qoxusunu hiss edə bilməz, onun təklif etdiyi reseptlər məşhur insan aşpazlar - o cümlədən Dubayda tanınmış aşpaz Reif Othman tərəfindən dadılır, qiymətləndirilir və son mərhələdə təkmilləşdirilir. Yəni süni intellekt mətbəxə rəhbərlik edir, lakin finalda insan təcrübəsi və zövqü ilə tamamlanır.

Uzunmüddətli hədəf isə bu modelin beynəlxalq miqyasda tətbiq edilməsidir. Layihə komandası ümid edir ki, gələcəkdə Aiman-ın reseptləri dünya restoranlarında istifadə olunacaq və bu, həm kulinariya təcrübəsini zənginləşdirəcək, həm də ətraf mühitə töhfə verəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar