Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu

Yanvarın 21-də Türkmənistan parlamentinin iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb...

Türkmənistanda “Türkmən xalqının ümummilli lideri haqqında” konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.

Artıq hazırkı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözügedən konstitusiya qanununu imzalayıb.

Qeyd olunur ki, yanvarın 21-də Türkmənistan parlamentinin iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.

Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, həmçinin hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını nəzərdə tutur.

Eyni zamanda Türkmənistanın ümummilli liderin qanuni fəaliyyətinə mane olmaq, onun şərəf və ləyaqətinə zidd hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay