Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” konfransı keçirilib

Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə “Qardaşlıq körpüsü” adlı konfrans keçirilib...

APA-nın Qarabağ bürosu xəbər verir ki, tədbirdə hər iki ölkənin şəhid ailələri, dövlət qurumlarının nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin İstiqlal Marşının səsləndirilməsi, Türk dünyası şəhidlərinin xatirəsinin yad olunması ilə başlayıb. Daha sonra Azərbaycan və Türkiyədə şəhid ailələri ilə iş sahəsində fəaliyyəti əks etdirən videoçarx nümayiş olunub.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və ortaq milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasıdır.

Tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid və Qazi Ailələri ilə İş Agentliyinin şöbə müdiri Ayşənur Dinç Azərbaycan və Türkiyə şəhid ailələri arasında əlaqələrin inkişafının mənəvi əhəmiyyətindən danışıb.
Konfransda Türkiyədən olan şəhid ailəsinin üzvü, Diyarbəkir şəhidi Ahmet Kılıçarslanın həyat yoldaşı Aişə Kılıçarslan Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşərək Azərbaycandakı şəhid ailələrinə ehtiramını ifadə edib.

Tədbir çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi Səbinə Ərəbli və tələbələrinin iştirakı ilə musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar