Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstanda parlament seçkiləri ərəfəsində kütləvi həbslər keçirilib

Atembayevlə əlaqəli şəxslər dövlət qurumlarını ələ keçirməkdə ittiham olunur...

Poliqon xəbər verir ki, Qırğızıstanda növbədənkənar parlament seçkilərinə cəmi bir həftə qalmış sabiq prezident Almazbek Atambayevin ətrafı ilə əlaqəli bir qrup müxalif fəal kütləvi şəkildə saxlanılıb. Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, saxlanılanlar arasında keçmiş dövlət başçısının oğlu Kadırbek Atambayev də var. Onlar seçkilərin nəticələri elan edildikdən sonra genişmiqyaslı etiraz aksiyaları təşkil etməyə hazırlaşmaqda, həmçinin bir sıra dövlət və media obyektlərini ələ keçirməyi planlaşdırmaqda ittiham olunurlar.

Kommer­sant nəşrinin məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları saxlanılanların administrativ binaların, televiziya kanallarının və güc strukturlarına məxsus obyektlərin tutulması ilə bağlı plan hazırladıqlarını iddia edir. Rəsmi qurumlar bunu dövlət sabitliyinə qarşı yönəlmiş təhlükəli fəaliyyət kimi qiymətləndirir.

Bununla belə, saxlanılan şəxslər ittihamları qəti şəkildə rədd edir və həbslərin siyasi motivli olduğunu bildirirlər. Onların sözlərinə görə, hakimiyyət seçkilər ərəfəsində hər hansı narazılığın qarşısını almaq üçün müxalif qüvvələri sıradan çıxarmağa çalışır. Müdafiə tərəfi saxlanılanların hüquqlarının pozulduğunu, istintaqın isə şəffaf aparılmadığını vurğulayır.

Ekspertlər hesab edirlər ki, son həbslər Qırğızıstanda seçkiqabağı siyasi gərginliyin artdığını göstərir. Ölkədə bir sıra müxalif qruplar seçki prosesinin şəffaflığı ilə bağlı ciddi narahatlıqlar ifadə edir və nəticələrin manipulyasiya edilə biləcəyindən ehtiyatlanır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar