Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Rusiya niyə ermənilərə "qarant" oldu?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Rusiya niyə ermənilərə "qarant" oldu?" adlı veriliş hazırlanıb...

"Report" xəbər verir ki, verilişdə siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Türkiyənin, Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı Böyük Ermənistan xülyasının necə uydurulmasından, erməni ideologiyasının doğuluşu və doktrinaya çevrilməsindən danışıb.

O bildirib ki, Urartu dövləti ermənilərə aid deyil: "Urartu dili də, onun mədəniyyəti də Şimali Qafqaz xalqlarına aiddir. Urartu dövlətinin həqiqi sahibləri məhz onlardır".

Mərkəz rəhbəri erməni üsyanları və terror fəaliyyətlərinin gizli tarixi, Tiqran Mets əfsanəsi və fars kökləri, Sasun, Zeytun və Van üsyanlarının pərdəarxası planları, ermənilərin terrorçu fəaliyyətləri və Avropaya çağırışları barədə fikirlərini açıqlayıb.

Erməniləri qorumaq üçün Rusiya tərəfdən müdaxilə imkanlarının yarandığını vurğulayan Q.Çaxmaqlı "Rusiya niyə ermənilərə "qarant" oldu, Urartu dilinin indiki inquş dili ilə eynidirmi və erməni vətəni harada qurulmalıdır" suallarına da aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay