Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar - Yenilənib

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər...

Poliqon xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlət başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər. Bildirilib ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.

Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib. PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkib.

Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirib.

Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.

Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış olub.

Sonra birgə foto çəkdirilib.

***

Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay