Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa müdafiə naziri: NATO ölkələri hərbi xərcləri tez artıra bilməyəcək

NATO ölkələri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaq tələbini yalnız 10 ildən sonra yerinə yetirə biləcəklər...

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Financial “Times” qəzetinə müsahibəsində açıqlayıb.

“Trampın tələblərinin yerinə yetirilməsi üçün daha bir onillik lazım olacaq, lakin düşünürəm ki, onu həqiqətən də iddialı hədəfə görə tənqid etmək lazım deyil, çünki əks halda bəzi ölkələr əlavə məxariclərin (hərbi ehtiyaclar üçün – red.) həqiqətən lazım olub-olmadığı barədə mübahisə etməyə davam edəcəklər”, – o söyləyib.

Nazirin sözlərinə görə, Polşa da müdafiə xərclərini artırmaq üçün əlavə imkanlar axtarmalıdır.

“Əgər biz COVID-19 pandemiyasından sonra bərpa olmaq üçün borca girə bilmişiksə, şübhəsiz ki, müharibədən qorunmaq üçün pul tapmalıyıq”, – Kosinyak-Kamış qeyd edib.

Xatırladaq ki, daha əvvəl Tramp NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artırmağa nail olmaq niyyətində olduğunu bildirib. Almaniya kansleri Olaf Şolts artıq gələcək ABŞ administrasiyası başçısının tələbinə qarşı çıxıb.

Poliqon.info


Etiket: NATO


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar