Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Yunanıstan, Kipr və Ermənistanı türkə qarşı nifrət ideologiyası birləşdirir...

Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb...

Samir Hümbətov: “İstər Yunanıstan, istər Kipr Ermənistanla artıq uzun müddətdir ciddi əlaqələrə malikdirlər”.

“Hesab edirəm ki, bu məsələlərə Azərbaycan tərəfi həm ciddi, həm də çox həssas yanaşacaq”.

Bu sözləri politoloq Samir Hümbətov Yunanıstan, Kipr və Ermənistanın hərbi əməkdaşlığını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək.

Bəs, Yunanıstan Fransa və Hindistanın yolu ilə gedərək Ermənistana silah və hərbi texnika sata bilərmi? Rəsmi Bakı indidən diplomatik kanallarla Afinaya çağırış etməlidirmi?

Yunanıstan, Kipr və Ermənistanın hərbi əməkdaşlığına rəsmi Bakının cavabını Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Artıq qaz İnterkonnektorları quraşdırılıb və Azərbaycan qazı Yunanıstana ötürülür. Məncə biz burada enerji diplomatiyasından məharətlə istifadə edə bilərik”.

Kipri, Yunanıstanı və Ermənistanı birləşdirən bir cəhətin olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, hər üç ölkə ümumi olaraq türkə qarşı nifrət ideologiyasında birləşirlər:

“İstər Yunanıstan, istər Kipr Ermənistanla artıq uzun müddətdir ciddi əlaqələrə malikdirlər. Əgər tərəflər arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıbsa, bu təkcə hərbinin bir sahəsini əhatə etmir. Burada hərbi sahədə silah-sursat, hərbi texnikanın alınması, hərbiçilərin hərbi təhsil alması, hərbi təlimlərin keçirilməsi və s. baş tuta bilər. Yəni hərbi müqavilə bağlanandan daha geniş sahələri əhatə edir. Hesab edirəm ki, tərəflər arasında imzalanmış müqavilə də məhz bu prosesləri əhatə edəcək.

Biz bilirik ki, Yunanıstan da, Kipr də Avropa İttifaqının üzvləridir. Hətta onlar Ermənistan kimi Qərbdən ciddi dəstək alırlar. Buna görə də, hesab edirəm ki, bu məsələlərə Azərbaycan tərəfi həm ciddi, həm də çox həssas yanaşacaq. İstər Yunanıstana, istər Kiprə bununla bağlı etiraz bildiriləcək. Əlbəttə, Azərbaycan diplomatik kanallar vasitəsilə etirazını bildirməlidir. Əgər biz bölgədə sülhü istəyiriksə, bu zaman açıq mətnlə bidlirməliyik ki, əgər onların Ermənistanı silahlandırmaq, gücləndirmək niyyətləri varsa, bu artıq bölgə üçün ciddi təhdid deməkdir.

Samir Hümbətov: “Biz enerji məsələlərini daha çox belə məsələlərdə istifadə etsək, bu bizim üçün divident gətirə biləcək hal olar. Yəni Yunanıstana təsir etmək çətin deyil”.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Yunanıstanla enerji sahəsində əməkdaşlıq etməyə başlayıb. Artıq qaz İnterkonnektorları quraşdırılıb və Azərbaycan qazı Yunanıstana ötürülür. Məncə biz burada enerji diplomatiyasından məharətlə istifadə edə bilərik. Bu da bizim üçün kifayət qədər önəmli məsələdir. Çünki biz enerji məsələlərini daha çox belə məsələlərdə istifadə etsək, bu bizim üçün divident gətirə biləcək hal olar. Yəni Yunanıstana təsir etmək çətin deyil. Yunanıstan Ermənistanla müqavilə imzalasa da, çox da dərinə getməyəcəyini düşünürəm.

Hesab edirəm ki, artıq bununla bağlı dövlətimiz tərəfindən addımlar atılır və atılacaq da. Yaxın zamanlarda hər halda hadisələrin gedişindən bizə məlum olacaq ki, Azərbaycan dövlətinin mövqeyi və yanaşması nədən ibarət olub.

Qeyd edim ki, Kipri, Yunanıstanı və Ermənistanı birləşdirən bir cəhət var. Hər üç ölkə ümumi olaraq türkə qarşı nifrət ideologiyasında birləşirlər. Bu da əslində onların bir ortaq tərəfidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar