Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Palata: “Azərenerji”də yüz milyonluq layihələrdə səmərəlilik aşağıdır, satınalmalarda pozuntular var...

Hesablama Palatası “Azərenerji”də investisiya və satınalma pozuntuları aşkarlayıb....

“APA-Economics” xəbər verir ki, Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı audit zamanı dövlət investisiyalarının icrası, layihələrin səmərəliliyi və satınalmalar üzrə ciddi nöqsanlar müəyyən edilib.

Audit 2022–2024-cü illəri əhatə edib və ümumilikdə 255,8 mln. manatdan çox vəsait yoxlanılıb.

Hesabata əsasən, Kiçik Su Elektrik Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa çatmış 7 stansiyada istehsal gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.

Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.

Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.

Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.

Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar