Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Omanda ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqlar başa çatıb

Tərəflər diplomatik və texniki danışıqların bərpası üçün şəraitin yaradılmasını müzakirə ediblər...

Omanda ABŞ və İran arasında nüvə proqramı ilə bağlı keçirilən danışıqlar başa çatıb.

Poliqon xəbər verir ki, bu barədə İranın ISNA Agentliyi məlumat yayıb. Bildirilib ki, görüşlər tərəflər arasında diplomatik təmasların bərpası və gələcək texniki müzakirələr üçün uyğun zəminin formalaşdırılmasına yönəlib.

Məlumata görə, danışıqlarda İran tərəfini İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi təmsil edib. ABŞ nümayəndə heyətinə isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, keçmiş yüksək vəzifəli müşaviri Cared Kuşner daxil olub.

Qeyd olunub ki, görüşlərin əsas məqsədi tərəflər arasında etimadın artırılması və nüvə proqramı üzrə gələcək diplomatik və texniki danışıqların bərpası üçün ilkin şərtlərin müəyyənləşdirilməsi olub. Mənbələr bildirir ki, tərəflər qarşılıqlı narahatlıq doğuran məsələləri müzakirə etsələr də, əsas diqqət gərginliyin azaldılması və dialoq mexanizmlərinin yenidən qurulmasına yönəldilib.

Ekspertlərin fikrincə, Oman uzun illərdir ABŞ və İran arasında vasitəçi rolunu oynayır və tərəflər arasında qeyri-rəsmi təmasların təşkilində mühüm platforma hesab olunur. Bu ölkədə keçirilən görüşlər bir çox hallarda gələcək rəsmi danışıqlar üçün ilkin mərhələ rolunu oynayıb.

Analitiklər hesab edirlər ki, hazırkı məsləhətləşmələr nüvə sazişinin mümkün yenilənməsi və ya yeni razılaşmanın hazırlanması istiqamətində ilkin addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, tərəflər arasında mövcud siyasi və təhlükəsizlik ziddiyyətlərinin aradan qaldırılması üçün uzunmüddətli və mürəkkəb danışıqlar prosesinin tələb olunacağı qeyd edilir.

Poliqon.info


Etiket: Oman İran ABŞ


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar