Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya ekstrem istilərin astanasında: Okeanda nadir hadisə baş verir

Güclü iqlim hadisəsi olan El-Nino bu yaydan etibarən dünyanın bir çox regionunda ekstrem istilər, quraqlıq və rekord temperatur dalğalarına səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə Daily Mail yazır.

Ümumdünya Meteorologiya Təşkilatının ekspertlərinin qiymətləndirməsinə görə, 2026-cı ilin iyun–avqust dövründə El-Nino fenomeninin yaranma ehtimalı təxminən 80% təşkil edir. Onun ən azı noyabr ayına qədər davam etmə ehtimalı isə 90% olaraq qiymətləndirilir.

Mütəxəssislər bildirir ki, bu dövr müşahidə tarixində ən güclü El-Ninyo hadisələrindən biri ola bilər.

El-Nino Sakit okeanın mərkəzi və şərq hissəsində səth sularının isinməsi nəticəsində hər 2–7 ildən bir yaranan təbii iqlim hadisəsidir. Okeanda toplanan istilik tədricən atmosferə ötürülür və bu da qlobal temperaturu və dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir.

Meteoroloqların proqnozuna görə, yeni El-Nino dalğası ABŞ və Avropa ölkələri daxil olmaqla bir çox regionda kəskin istilər gətirə bilər.

Eyni zamanda Cənubi Amerikanın bəzi hissələrində, Mərkəzi Asiyada və Afrika Buynuzunda yağıntıların artması gözlənilir. Avstraliya, İndoneziya, Karib hövzəsi və Cənubi Asiyanın bir hissəsi isə quraqlıqla üzləşə bilər.

El-Nino prosesinin inkişafı fonunda alimlər 2026-cı ilin temperatur rekordlarını qıra biləcəyini istisna etmir. Qiymətləndirmələrə görə, qlobal temperatur əvvəlki illərin rekord göstəricilərini üstələyə bilər.

Xüsusilə Sakit okeanın tropik hissəsində suyun temperaturunun orta göstəricidən təxminən 6°C yüksək olması narahatlıq yaradır. Bu istilik ehtiyatı gələcək El-Ninyo üçün əsas "yanacaq" sayılır.

BMT-nin Baş katibi Antonio Quterreş vəziyyəti ciddi iqlim xəbərdarlığı kimi qiymətləndirib: "Okeanda El-Nino hadisəsi yaxın aylarda 90% ehtimalla qapımızdadır".

Onun sözlərinə görə, bu hadisə qlobal istiləşmənin təsirlərini gücləndirərək ekstrem hava hadisələrinin sayını artıra bilər.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Seleste Saulo isə mümkün quraqlıq, güclü yağış və həm quruda, həm də okeanlarda istilik dalğalarına hazır olmağın vacibliyini vurğulayıb.

Meteoroloqlar El-Nino ehtimalını 80% olaraq qiymətləndirir və onun təsirinin 2026-cı ili ən isti illərdən birinə çevirə biləcəyini bildirir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay