Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maduronun həbsindən sonra Venesuela ilk xarici lideri qəbul edib  

Kolumbiya prezidenti Maduronin həbsindən sonra ilk dəfə Venesuelaya səfər edib...

ABŞ-nin müdaxiləsindən sonra formalaşan yeni hakimiyyət fonunda Karakas və Boqota kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir.

Poliqon xəbər verir ki, bu barədə France Press Agentliyi məlumat yayıb. Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya səfər edərək ölkənin müvəqqəti rəhbəri Delşi Rodriges ilə görüş keçirib. Bu səfər, ABŞ-nin yanvar ayında Karakasa həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra ölkəyə edilən ilk yüksək səviyyəli xarici səfər kimi qiymətləndirilir.

Görüş zamanı tərəflər iki ölkə arasında sərhəd bölgələrində fəaliyyət göstərən transmilli cinayət şəbəkələrinə qarşı birgə hərbi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə razılığa gəliblər. Qustavo Petro bildirib ki, planlaşdırılan əməliyyatlar əsasən narkotik ticarəti, qeyri-qanuni qızıl hasilatı, insan alveri və nadir mineralların qaçaqmalçılığı ilə məşğul olan qruplara qarşı yönələcək.

Delşi Rodriges də öz növbəsində qeyd edib ki, artıq iki ölkə arasında hərbi planların hazırlanması, operativ məlumat mübadiləsi və kəşfiyyat əməkdaşlığının genişləndirilməsi istiqamətində konkret mexanizmlərin yaradılması qərara alınıb. Onun sözlərinə görə, bu addımlar regionda sabitliyin təmin olunmasına xidmət edəcək.

Xatırladaq ki, Delşi Rodriges 3 yanvar tarixində ABŞ-nin Karakasa həyata keçirdiyi sürətli hərbi əməliyyat nəticəsində Nikolas Maduronun saxlanılaraq Nyu-Yorka aparılmasından sonra ölkədə hakimiyyətə gəlib. Maduronun narkotik ticarəti ilə bağlı ittihamlarla üzləşdiyi bildirilir.

ABŞ prezidenti Donald Tramp administrasiyası Rodrigesin rəhbərlik etdiyi müvəqqəti hökuməti dəstəklədiyini açıqlayıb. Yeni hökumət artıq Venesuelanın neft sektorunu ABŞ şirkətlərinə açmaq istiqamətində addımlar atıb.

Eyni zamanda, ABŞ-nin Venesueladakı yeni diplomatik nümayəndəliyinin rəhbəri Con Barrett də cümə günü Karakasda Delşi Rodriges ilə görüş keçirib. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar