Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Anewz" telekanalı “WUF13 | World Urban Forum: Ganja” adlı sənədli film təqdim edib - Video

"Anewz" televiziya kanalı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə həsr edilmiş “WUF13 | World Urban Forum: Ganja” adlı sənədli film təqdim edib...

Poliqon xəbər verir ki, filmdə Gəncə şəhəri həm tarixi-mədəni irsi, həm də müasir inkişafı kontekstində təqdim olunur. Bildirilir ki, şəhər təkcə Azərbaycanın deyil, bütövlükdə regionun mühüm elmi, mədəni və ticarət mərkəzlərindən biri kimi formalaşıb.

Ekran işində dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsi xüsusi vurğulanır və onun doğma şəhərinin tarixindəki rolu geniş şəkildə göstərilir.

Sənədli filmdə Gəncənin multikultural mühiti, tolerant cəmiyyəti və İpək Yolu üzərində yerləşməsi sayəsində formalaşmış zəngin ənənələri diqqətə çatdırılır.

Eyni zamanda şəhərin müasir siması, urban inkişafı, infrastruktur layihələri və yüksək həyat keyfiyyəti də ön plana çıxarılır.

Ekran işində Gəncənin əsas görməli məkanları – Nizami Gəncəvi məqbərəsi, Şah Abbas kompleksi, İmamzadə kompleksi, Heydər Əliyev Parkı, Xan bağı, eləcə də Gəncə qapıları və şəhərin digər tarixi abidələri nümayiş etdirilir.

Bununla yanaşı, Göygöl rayonu və Göygöl Milli Parkı kimi ətraf bölgələrin təbii gözəlliklərinə də yer verilib.

Filmdə müxtəlif sahələri təmsil edən yerli ekspertlərin və rəsmi şəxslərin fikirləri təqdim olunub. Onlar Gəncənin inkişaf perspektivləri, elmi və mədəni potensialı, həmçinin region üçün strateji əhəmiyyəti barədə danışırlar.

Qeyd olunub ki, layihə Gəncənin beynəlxalq platformalarda tanıdılması və şəhərin turizm, mədəniyyət və iqtisadi imkanlarının geniş auditoriyaya çatdırılması məqsədi daşıyır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar