Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran hökuməti: ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin təxminən 30 faizi uşaqlardır...

Tehran bildirir ki, hücumlar zamanı minlərlə yaşayış binası və onlarla mülki obyekt dağıdılıb...

Poliqon xəbər verir ki, İran hökuməti ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin təxminən 30 faizinin uşaqlar olduğunu açıqlayıb.

İran hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, hərbi hücumlar nəticəsində ölkənin mülki infrastrukturu ciddi zərər görüb. Rəsmi məlumatlarda bildirilir ki, indiyədək 3090 yaşayış evi, 528 kommersiya obyekti və 13 tibb müəssisəsi hücumlara məruz qalıb.

Tehran rəsmiləri qeyd ediblər ki, zərər görən tibb müəssisələrindən 9-u Qırmızı Aypara təşkilatına məxsusdur. Bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə hərbi zərbələr endirməyə başlayıb. Hücumlar nəticəsində ölkənin müxtəlif bölgələrində geniş dağıntılar baş verib və çoxsaylı insan tələfatı qeydə alınıb.

Bildirilib ki, hücumlar zamanı İranın ali rəhbəri ayətullah Əli Seyid Xamenei, eləcə də ölkənin bir sıra yüksək vəzifəli şəxsləri həlak olub. Tehran isə cavab olaraq İsrail ərazisinə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirib.

Regionda hərbi eskalasiya bununla da genişlənib. Martın 2-də Livanın “Hizbullah” hərəkatı da İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib. Bundan sonra İsrail ordusu hərəkatın mövqelərinə qarşı hücum əməliyyatına başladığını açıqlayıb və ölkə qüvvələrinin Livanın cənubuna daxil olduğu bildirilib.

Analitiklərin fikrincə, Yaxın Şərqdə baş verən bu hadisələr regionda daha genişmiqyaslı müharibə riskini artırır və beynəlxalq təhlükəsizlik üçün ciddi çağırış yaradır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay