Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp: Mən olmasaydım, dünya indi tamam fərqli olardı

ABŞ Prezidenti İranla nüvə sazişindən çıxma qərarını müdafiə edib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək İranla imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaq qərarını yenidən müdafiə edib. O bildirib ki, əgər onun administrasiyası keçmiş prezident Barak Obama dövründə imzalanmış nüvə sazişini ləğv etməsəydi, İran artıq üç il əvvəl nüvə silahına sahib ola bilərdi.

Donald Tramp paylaşımında sazişi “indiyədək bağlanmış ən təhlükəli razılaşma” adlandırıb və qeyd edib ki, həmin sənəd qüvvədə qalsaydı, hazırda beynəlxalq təhlükəsizlik mühiti tamamilə fərqli olardı. “Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini ləğv etməsəydim, İranın üç il əvvəl nüvə silahı olardı. Bu, indiyədək qoşulduğumuz ən təhlükəli saziş idi və qüvvədə qalsaydı, dünya indi tamam fərqli olardı”, – deyə o vurğulayıb.

Tramp paylaşımında keçmiş prezident Barak Obamanı və sabiq dövlət başçısı Co Baydeni də tənqid edib. O, məsuliyyətin onların üzərində olduğunu bildirib və fikrini emosional ifadələrlə tamamlayıb.

Xatırladaq ki, ABŞ 2018-ci ildə Donald Trampın qərarı ilə İranla imzalanmış BHFP-dən birtərəfli qaydada çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Həmin saziş 2015-ci ildə İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, eləcə də Almaniya arasında imzalanmışdı və İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu.

Son illərdə İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqlar yenidən artıb. ABŞ və İran arasında münasibətlər isə xüsusilə regionda baş verən hərbi gərginlik fonunda daha da kəskinləşib. Trampın son açıqlaması da məhz bu kontekstdə daxili və xarici auditoriyaya ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar