Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: Azərbaycanın yeni rəqəmsal arxitekturası vahid dörd sütun üzərində qurulub...

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planı dörd sütun üzərində qurulub...

Poliqon xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"Dünya praktikası, ölkəmizin hazırkı vəziyyəti və qarşısında duran yeni çağırışlar nəzərə alınmaqla texnoloji inkişafımızı irəlilədəcək ilkin fəaliyyət planı hazırlanıb. Bu fəaliyyət planı dörd sütun üzərində qurulub: birincisi, rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi. İkincisi, süni intellekt və süni intellekt həllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda, özəl şirkətlərdə bunun geniş tətbiqi. Üçüncü məsələ, innovasiya ekosistemi. Əgər rəqəmsallaşmanı düzgün ediriksə, süni intellekt həllərimiz varsa, biz innovativ ekosistemi elə bir şəraitdə yaratmalıyıq ki, özəl şirkətlər bunun ətrafında əlavə dəyər yarada bilsinlər. Sonda da bütün bunları yaratdıqdan və virtual mühitə keçdikdən sonra bizim əsas çağırışımız kibertəhlükəsizliklə bağlı olacaq. Bunlar fəaliyyət planının əsas fokus hissəsini mümkün edəcək 4 amil üzərində qurulub. İlkin olaraq insan kapitalı, ikincisi, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, üçüncüsü, qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və dördüncüsü isə idarəetmə proseslərinin çevik olmasıdır", - deyə o qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay