Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Ermənistan arasında atom enerjisi üzrə strateji əməkdaşlıq razılaşdırılıb

Paşinyan və Cey Di Vens danışıqların başa çatdığını təsdiqləyən birgə bəyanat imzalayıblar...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli danışıqların yekunlaşması ilə bağlı birgə bəyanat imzalayıblar. Sənəd ABŞ və Ermənistan arasında atom enerjisi sahəsində gələcək strateji əməkdaşlıq üçün hüquqi çərçivə formalaşdırır.

Rəsmi məlumata əsasən, imzalanmış bəyanat tərəflər arasında mülki nüvə energetikasının inkişafı, texniki əməkdaşlıq, təhlükəsizlik standartlarının yüksəldilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində koordinasiyanın dərinləşdirilməsini nəzərdə tutur. Sənəd həmçinin müvafiq sahədə uzunmüddətli tərəfdaşlığın institusional əsaslarının yaradılmasını hədəfləyir.

Danışıqlar zamanı enerji təhlükəsizliyi, Ermənistanın atom energetikası infrastrukturunun modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri xüsusi diqqət mərkəzində olub. ABŞ tərəfinin bu prosesdə texnoloji və məsləhət dəstəyi göstərməsi imkanları da müzakirə edilib.

Rəsmi İrəvan bu razılaşmanı Ermənistanın enerji sektorunun şaxələndirilməsi və dayanıqlılığının artırılması baxımından mühüm addım kimi qiymətləndirir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar