Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçala şəhərinin mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan beziblər

Neftçala rayonunun mərkəzində, bazar ərazisində məişət tullantılarının yığılması ciddi narazılığa səbəb olub...

Sakinlərin bildirdiyinə görə, ərazi artıq zibil poliqonunu xatırladır və ətrafda yayılan üfunət qoxusu gündəlik həyatı dözülməz hala gətirib.

Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, şəhər mərkəzində yaranan bu antisanitar vəziyyət yalnız pis qoxu ilə məhdudlaşmır. Yerli sakinlər deyir ki, tullantıların vaxtında yığılmaması nəticəsində sahibsiz itlərin sayı artıb, bu isə həm təhlükəsizlik, həm də sanitariya baxımından əlavə risklər yaradır. Onların sözlərinə görə, mövcud vəziyyət müxtəlif xəstəliklərin yayılmasına da zəmin yaradır.

Məsələ burasındadır ki, Neftçala sakinləri məişət tullantılarının yığılması və daşınması üçün hər ay müvafiq ödənişlər edirlər. Lakin buna baxmayaraq, rayonun ən işlək və insanların sıx toplaşdığı bazar ərazisinin bu vəziyyətdə qalması ciddi suallar doğurur.

Sakinlər Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehti Miriyevə səslənərək bildirirlər: Rayonun mərkəzində yaranmış bu acınacaqlı mənzərədən qurum rəhbərliyinin xəbəri varmı?

Əgər varsa, bazar ərazisi niyə mütəmadi olaraq təmizlənmir? Əgər yoxdursa, o zaman aidiyyəti əməkdaşlar şəhərin mərkəzi bazar ərazisinə niyə nəzarət etmirlər?

Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı hələlik Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən rəsmi münasibət bildirilməyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar