Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Starlink İranda siqnal boğulmasına qarşı aciz qalıb

İran rejiminin rabitəni susdurmaq cəhdləri şirkət üçün ciddi problemə çevrilib...

İlon Maskın sahibi olduğu Starlink şirkəti hələlik İran rejiminin peyk rabitəsini boğmaq məqsədilə həyata keçirdiyi hücumlara qarşı effektiv texniki həll tapa bilməyib.

Poliqon xəbər verir ki, bu barədə İsveçrənin Neue Zürcher Zeitung (NZZ) qəzeti yazır.

Texas Universitetinin (Ostin) professoru, peyk naviqasiyası və radioelektron mübarizə üzrə mütəxəssis Todd Hamfris vəziyyəti “təəccüblü” adlandırıb. Onun sözlərinə görə, Starlink son dörd il ərzində Ukraynada davam edən müharibə fonunda böyük təcrübə qazanıb və Rusiya tərəfindən həyata keçirilən çoxsaylı radioelektron hücumlara qarşı yüksək dayanıqlıq nümayiş etdirib. Məhz bu üstünlük şirkətə istənilən vaxt rabitə xidmətini etibarlı şəkildə təmin etməyə imkan verib.

Lakin Hamfris vurğulayır ki, Ukraynada əldə edilən bu uğuru İranda təkrarlamaq xeyli çətindir. Onun fikrincə, İran rejimi üçün əməliyyat şəraiti daha əlverişlidir. Belə ki, İran təhlükəsizlik strukturları siqnal boğan qurğuları ölkə ərazisinin demək olar ki, istənilən nöqtəsində yerləşdirə bilir. Ukraynada isə Rusiya qoşunları ərazi üzərində bu qədər tam nəzarətə malik deyil.

Ekspert əlavə edir ki, iranlılar ruslardan fərqli olaraq mümkün əks-zərbələrdən də ehtiyat etmirlər. Hamfrisin sözlərinə görə, siqnal boğan qurğular yaydıqları müdaxilə siqnallarına görə asanlıqla aşkarlanır. Bu səbəbdən Ukrayna ordusu rusların yerləşdirdiyi belə qurğuları tez müəyyən edir və onları müxtəlif silah növləri ilə sıradan çıxara bilir.

“İran müxalifətinin isə bu cür imkanları yoxdur”, – deyə professor Hamfris qeyd edib. Onun fikrincə, məhz bu amil Starlink üçün İranda rabitə xidmətinin davamlılığını təmin etməyi son dərəcə çətinləşdirir və şirkəti yeni texnoloji çağırışlarla üz-üzə qoyur.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay