Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Norveç Maçadonun Trampa Nobel Sülh Mükafatı medalını hədiyyə etməsindən sarsılıb

Oslo bu addımı mükafata açıq hörmətsizlik kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yazdığına görə, Norveçdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatının medalını hədiyyə etməsi ciddi narazılıq və kəskin tənqidlərə səbəb olub.

Oslo Universitetinin professoru Yanne Håaland Matlari bu addımı misli görünməmiş hadisə kimi dəyərləndirib.

"Bu, tamamilə eşidilməmiş bir haldır. Maçadonun bu davranışı Nobel Sülh Mükafatına qarşı açıq hörmətsizlikdir və bu addım «mənasız» və «acınacaqlı» xarakter daşıyır", deyə Matlari qeyd edib.

Məsələ ilə bağlı Nobel Komitəsi də mövqeyini açıqlayıb. Komitə ötən həftə bəyan edib ki, Nobel mükafatı bölünə və ya üçüncü şəxsə ötürülə bilməz. Qurumun açıqlamasında vurğulanıb ki, mükafat fərdi şəkildə təqdim olunur və onun simvolik atributları da bu prinsip çərçivəsində qorunur.

Norveçin sabiq Oslo meri Reymond Yohansen də sosial şəbəkədə bu hadisəni sərt tənqid edib. «Bu, inanılmaz dərəcədə utancvericidir və dünyanın ən tanınmış və ən mühüm mükafatlarından birinə ciddi zərbə vurur… Mükafatın verilməsi artıq o qədər siyasiləşib və potensial baxımdan təhlükəli xarakter alıb ki, bu proses asanlıqla Sülh Mükafatına zidd olan hadisələrin legitimləşdirilməsinə gətirib çıxara bilər», – Yohansen Facebook paylaşımında yazıb.

Norveç cəmiyyətində və akademik dairələrdə səslənən fikirlərə görə, bu hadisə Nobel Sülh Mükafatının nüfuzuna xələl gətirə və onun gələcəkdə siyasi alətə çevrilməsi ilə bağlı narahatlıqları daha da gücləndirə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay