Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maçado Nobel Sülh Mükafatının medalını Trampa təqdim edib

Venesuela müxalifət lideri Ağ evdə iki saatdan artıq davam edən görüşdən sonra bu addımı atdığını bildirib...

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ prezidenti Donald Trampa ona məxsus Nobel Sülh Mükafatının medalını təqdim etdiyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Maçado jurnalistlərin Trampın bu mükafatı qəbul edib-etmədiyi ilə bağlı suallarını cavabsız qoyub.

Məlumata görə, Mariya Korina Maçado ilə Donald Tramp bu gün Ağ evdə görüşüblər. Görüş iki saatdan artıq davam edib. Ağ evin mətbuat katibi Kerolayn Livittin bildirdiyinə görə, ABŞ prezidenti Venesueladakı mövcud vəziyyəti müzakirə etmək, ölkədə “yerində real durumun” necə olduğunu öyrənmək niyyətində olub. Danışıqlar zamanı Venesuelada siyasi proseslər, hakimiyyətlə müxalifət arasında qarşıdurma və ölkənin gələcək perspektivləri əsas mövzulardan biri kimi müzakirə edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Nobel Sülh Mükafatı Mariya Korina Maçadoya Venesuela xalqı üçün demokratik hüquqların təşviqi istiqamətində “yorulmaz fəaliyyəti”nə görə təqdim olunub. Mükafata namizədlər arasında ABŞ prezidenti Donald Tramp da olub. O, müxtəlif çıxışlarında dəfələrlə bildirib ki, beynəlxalq münaqişələrin həlli və sülhməramlı təşəbbüslərinə görə Nobel Sülh Mükafatına layiqdir.

ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatdan sonra Maçado öz Nobel mükafatını Donald Trampa verməyə hazır olduğunu bəyan etmişdi. Lakin Nobel Komitəsi bu niyyətə etiraz edərək, mükafatın şəxsi iradə ilə başqasına təqdim edilməsinin mümkün olmadığını açıqlamışdı.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay