Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib...

Poliqon xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özüsosial şəbəkə hesabında məlumat paylaşıb.

“Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib"', deyə siyasətçi yazıb.

Hacıbəyli bildirib ki, bu gün Ankara İnzibati Məhkəməsi tərəfindən G-82 kodunun ləğvi ilə bağlı irəli sürülən müraciət əsasında İstanbul Valiliyinə sorğu göndərilib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə, Ankara məhkəməsi barəsində G-82 maddəsi — dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb.

Xatırladaq ki, G-82 məhdudlaşdırma (təhdid) kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar