Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Rusiyanın təhlükəsizlik arxitekturası təşəbbüslərinin müzakirəsinə qayıtmağı təklif edib

Rusiya prezidenti beynəlxalq vəziyyətin sürətlə pisləşdiyini bildirib...

Poliqon xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyanın yeni və daha ədalətli beynəlxalq təhlükəsizlik arxitekturası ilə bağlı irəli sürdüyü təşəbbüslərin yenidən predmetli şəkildə müzakirə olunmasına çağırış edib. O, bu barədə Moskvada diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı bəyanat verib.

Putinin sözlərinə görə, beynəlxalq arenada vəziyyət getdikcə daha çox deqradasiyaya uğrayır, mövcud qayda və mexanizmlər isə qlobal sabitliyi təmin etmək gücünü itirir. Rusiya prezidenti vurğulayıb ki, hazırda dünyada onlarla ölkə xaos və qanunsuzluq şəraitindən əziyyət çəkir və öz maraqlarını müdafiə etmək üçün yetərli siyasi, iqtisadi və ya hərbi resurslara malik deyil.

Rusiya dövlət başçısı qeyd edib ki, belə bir şəraitdə beynəlxalq təhlükəsizliyin yeni prinsiplər əsasında qurulmasına ciddi ehtiyac var. Onun fikrincə, bu arxitektura bərabərhüquqluluq, suverenliyə hörmət və qarşılıqlı təhlükəsizlik anlayışına əsaslanmalıdır.

Vladimir Putin bu fikirləri ona 34 yeni xarici səfirin etimadnamələrinin təqdim edilməsi mərasimində səsləndirib. O, çıxışı zamanı Rusiya Federasiyasının bütün tərəfdaşlarla qarşılıqlı faydalı münasibətlərin saxlanılmasında maraqlı olduğunu bildirib. Prezident vurğulayıb ki, Rusiya indiyədək olduğu kimi, bundan sonra da ölçülüb-biçilmiş, konstruktiv və praqmatik xarici siyasət kursu yürüdəcək.

Putinin sözlərinə görə, Moskva beynəlxalq dialoqa açıqdır və qlobal təhlükəsizlik məsələlərinin həlli üçün bütün məsuliyyətli dövlətlərlə əməkdaşlığa hazırdır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay