Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov Azərbaycan prezidentini ad günü münasibətilə təbrik edib və onu “qardaşım” adlandırıb

Çeçenistan lideri paylaşımında Azərbaycan dövlət başçısını “əziz qardaş” adlandıraraq ona səmimi arzularını çatdırıb...

Poliqon xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Telegram” kanalında Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Kadırov bildirib ki, Azərbaycanla Çeçenistan arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri xüsusi dəyərə malikdir və bu münasibətlərin təməlində hər iki liderin atalarının rolu dayanır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin mövqeyi və ardıcıl addımları Rusiya Federasiyası ilə Azərbaycan arasında etimadın, tərəfdaşlığın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Azərbaycan Prezidentini ad günü münasibətilə Rusiya Prezidenti Vladimir Putin də təbrik edib. Putin təbrik məktubunda İlham Əliyevə möhkəm cansağlığı və rifah arzulayıb, onun rəhbərliyi altında Azərbaycanın sosial və iqtisadi sahələrdə ümumilikdə tanınan uğurlar əldə etdiyini vurğulayıb. Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya–Azərbaycan münasibətləri dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır və bu əlaqələrin gələcəkdə də bu istiqamətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar