Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ynet: ABŞ İsraildən Qəzza sektorundakı dağıntıların təmizlənməsini tələb edib

Vaşinqton Qəzzanın cənubunda Rafiəh bölgəsində bərpa layihəsinə başlamaq və Trampın təsəvvür etdiyi “nümunəvi zona” yaratmaq istəyir...

Poliqon xəbər verir ki, ABŞ administrasiyası İsraildən Qəzza sektorunda genişmiqyaslı dağıntıların təmizlənməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməyi tələb edib. Ynet qəzetinin mənbələrinə görə, İsrail bu öhdəliyi qəbul etməyə razılaşıb. Müxtəlif hesablamalara əsasən, söhbət on milyonlarla dollara çatan xərclərdən gedir.

Məlumatda qeyd olunur ki, dağıntıların tam təmizlənməsi Qəzzada bərpa işlərinə başlamağın əsas şərti hesab olunur və bu, planlaşdırılan sülh razılaşmasının ikinci mərhələsinin icrasına daxil edilir. ABŞ xüsusilə Rafiəh bölgəsində bərpa işlərinə start vermək niyyətindədir. Vaşinqton bu ərazini bərpa edərək onu Tramp administrasiyasının Qəzzanın yenidən qurulmasına dair vizionuna uyğun “uğurlu model”ə çevirmək, daha sonra isə sektorun digər hissələrindən insanların məhz buraya köçməsini təşviq etmək istəyir. İsrail baş nazirinin ofisi Ynet-in bu məlumatı ilə bağlı açıqlama verməyib.

Bu müzakirələr Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Taninin bəyanatından sonra gündəmə gəlib. Nazir demişdi ki, Doha “başqalarının dağıtdığını bərpa etməyəcək”, bununla İsrailə işarə edirdi.

The Wall Street Journal-ın məlumatına görə, Qəzza sektorunda hazırda 68 milyon ton tikinti tullantısı mövcuddur. Bu, Nyu-Yorkdakı Empire State Building ölçüsündə 186 binanın çəkisinə bərabərdir. Ekspertlər hesab edir ki, bu həcmdə dağıntının təmizlənməsi logistik və maliyyə baxımından son dərəcə mürəkkəb proses olacaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay