Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tailand Kamboca sərhədi boyunca hava zərbələri endirib

İki ölkə arasında atəşkəs pozuntuları fonunda gərginlik artır…

Tailand ordusu Kamboca ilə mübahisəli sərhəd bölgələrinə hava zərbələri endirib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinə Tailand Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, general-mayor Vintay Suvari məlumat verib. Hadisə tərəflərin bir-birini atəşkəs razılaşmasını pozmaqda günahlandırmasından sonra baş verib.

AFP-nin məlumatına görə, son hərbi toqquşmalar nəticəsində bir tailandlı hərbçi həlak olub, dörd nəfər yaralanıb. Kamboca Müdafiə Nazirliyinin sözçüsü Məli Soçita bildirib ki, qarşıdurma səhər saatlarında Ubonraçatxani əyalətində başlayıb və iddia edib ki, qarşı tərəfə ilk hücumu Tailand qüvvələri edib. O əlavə edib ki, Kamboca atəş açmayıb və vəziyyəti müşahidə altında saxlayıb.

Kambocanın nüfuzlu siyasi fiqurlarından olan, keçmiş baş nazir Hun Sen tərəfləri təmkinə çağırıb və Tailandın addımlarını “silahlı təcavüz” və “provokasiya” adlandırıb. O bəyan edib ki, Kambocanın cavab tədbirləri üçün “qırmızı xətt” artıq müəyyən edilib və komandanlara şəxsi heyəti hazır vəziyyətdə saxlamaq göstərişi verib.

Tailand quru qoşunlarının İkinci Hərbi Dairəsinin məlumatına görə, sərhəd bölgələrindəki yaşayış məntəqələrinin təxminən 70%-i boşaldılıb. Ümumilikdə 35,6 min nəfər müvəqqəti sığınacaqlara köçürülüb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay