Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya baş naziri Orpo Ukraynaya təhlükəsizlik təminatları verməkdən imtina edib

Helsinki: Biz təminat yox, yalnız təhlükəsizlik tədbirlərinin təşkilinə dəstək verə bilərik…

Poliqon xəbər verir ki, Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin Ukraynaya təhlükəsizlik təminatları təqdim etməyə hazır olmadığını, lakin təhlükəsizlik tədbirlərinin təşkilində kömək edə biləcəyini bildirib.

Yle nəşrinin məlumatına görə, Orpo bu açıqlamanı 2 dekabrda İsveçin baş naziri Ulf Kristerssonla birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Jurnalistlər onlara ABŞ-ın Ukraynaya təklif etdiyi təhlükəsizlik təminatları barədə məlumat verilib-verilmədiyini və bu mexanizmlərin NATO-nun Nizamnaməsinin beşinci maddəsinə uyğun olub-olmadığını soruşublar. Orpo bildirib ki, ABŞ-dan və ya digər partnyorlardan Finlandiyaya belə təminatlarla bağlı heç bir konkret təklif daxil olmayıb və Helsinki bu istiqamətdə detallarla tanış deyil.

“Təhlükəsizlik təminatları çox ciddi məsələdir. Biz onları verməyə hazır deyilik, amma təhlükəsizlik tədbirlərinin təşkilinə dəstək göstərə bilərik. Bunlar tamamilə fərqli anlayışlardır”, deyə Finlandiya baş naziri vurğulayıb.

Orpo həmçinin əlavə edib ki, real təhlükəsizlik təminatlarını praktik olaraq daha böyük Avropa ölkələri və ABŞ verə bilər. O, ABŞ-nin əvvəl təqdim etdiyi “28 bəndlik plan”da Finlandiyanın belə təminatlar verməyə hazır ölkələrdən biri kimi göstərilməsinə təəccübləndiyini də bildirib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb

Ən çox oxunanalar