Ən çox istifadə olunan marşrut hava nəqliyyatı olub...
Poliqon xəbər verir ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya sərhədini ümumilikdə 25 352 Ukrayna vətəndaşı keçib. Bu barədə məlumatı “RİA Novosti” Agentliyi rəsmi statistika qurumlarına istinadən yayıb. Bildirilir ki, sərhədi keçən şəxslərin böyük qismi, 23 867 nəfər Rusiyaya şəxsi səfərlər üçün gəlib. Bundan əlavə, 1 094 nəfər işgüzar məqsədlərlə, 103 nəfər isə turizm məqsədilə ölkəyə daxil olub. Tranzit keçid edənlərin sayı 31 nəfər təşkil edib.
Məlumata görə, Ukrayna vətəndaşlarının Rusiyaya daxil olmaq üçün ən çox seçdiyi nəqliyyat vasitəsi təyyarə olub. Hava yolu ilə səfər edənlərin sayı 24 399 nəfərə çatıb. 871 nəfər avtomobil yolu ilə, 79 nəfər isə piyada şəkildə sərhədi keçib. Dəmir yolu nəqliyyatı vasitəsilə Rusiyaya daxil olanların sayı isə cəmi üç nəfər olub.
Xatırladaq ki, 2023-cü ilin oktyabrından etibarən üçüncü ölkələrdən Rusiyaya gələn, 14 yaşdan yuxarı Ukrayna vətəndaşları üçün xüsusi giriş proseduru tətbiq edilir. Bu çərçivədə onların yalnız iki giriş nöqtəsindən istifadə etməsinə icazə verilir: Pskov vilayətindəki “Ludonka” sərhəd-keçid məntəqəsi və Moskvanın Şeremetyevo hava limanı.
Poliqon.info