Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada Hindistana 2,8 milyard dollarlıq uran ixrac edəcək

Globe and Mail: Yeni müqavilə 10 illik tədarük və genişlənən nüvə əməkdaşlığını nəzərdə tutur…

Poliqon xəbər verir ki, Kanada və Hindistan uran ixracına dair 2,8 milyard ABŞ dolları dəyərində iri həcmli müqavilənin imzalanmasına yaxınlaşıb. Bu barədə məlumatı The Globe and Mail nəşri hökumət və sənaye dairələrindəki mənbələrə istinadən yayıb. Məlumata görə, Hindistan Kanadadan uranı 10 il ərzində mərhələli şəkildə almağa hazırdır.

İxrac olunacaq uranı Kanadanın nüvə sənayesində aparıcı şirkətlərdən biri olan Cameco Corp. tədarük edəcək. Nəşr qeyd edir ki, bu müqavilə iki ölkə arasında daha geniş nüvə əməkdaşlığının tərkib hissəsinə çevrilə bilər və enerji təhlükəsizliyi sahəsində yeni mərhələ yarada bilər.

Hindistanın nüvə enerjisinə tələbatı artır

Hindistanın elektrik enerjisi istehsalında atom energetikasının payı hələlik aşağıdır. Ölkənin AES-ləri ümumi istehsalın cəmi 3 faizini təmin edir. 2024–2025-ci illərdə istehsal həcmi 56,7 Tvt·saatı keçmir. 2025-ci ilin aprel ayına olan məlumata görə, Hindistanda 7 atom elektrik stansiyasında yerləşən 25 reaktor fəaliyyət göstərir və onların ümumi gücü 8880 MVt təşkil edir.

Bununla yanaşı, hökumətin qəbul etdiyi inkişaf proqramı çərçivəsində ölkədə 11 yeni reaktorun tikintisi davam edir. Onların ümumi gücü 8700 MVt olacaq və Hindistanın enerji balansında nüvə enerjisinin payının artırılmasına mühüm töhfə verəcək.

Kanada ilə planlaşdırılan uran tədarükü Hindistanın həm enerji təhlükəsizliyini, həm də uzunmüddətli nüvə strategiyasını gücləndirəcək əsas elementlərdən biri kimi qiymətləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay