Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna və Avropanın əsas müttəfiqləri ABŞ-Rusiya planının əsas müddəalarını rədd ediblər

Berlin, Paris və London Kiyevlə birgə mövqeyi koordinasiya edir…

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin məlumatına görə, Ukrayna ilə aparıcı Avropa dövlətləri ABŞ və Rusiya arasında hazırlanmış sülh planının əsas hissələrini qəbulolunmaz hesab ediblər. Məlumata əsasən, Kiyevin ən böyük Avropa tərəfdaşları, Almaniyanın kansleri Fridrix Mers, Fransanın prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığında vahid mövqe nümayiş etdiriblər.

Almaniya hökumətinin yaydığı açıqlamaya görə, tərəflər Ukrayna Silahlı Qüvvələrinin ölkənin suverenliyini qorumaq gücündə qalmasının vacibliyini vurğulayıblar. Eyni zamanda bildirilib ki, Rusiya ilə hər hansı potensial danışıqlar yalnız hazırkı təmas xətti əsasında başlaya bilər və Kiyev üçün strateji əhəmiyyət daşıyan təhlükəsizlik təminatları danışıqların ayrılmaz hissəsi olmalıdır.

Avropa paytaxtlarında hesab edilir ki, amerikalı və rusiyalı rəsmilər tərəfindən formalaşdırılan əsas təkliflər Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müdafiə potensialı baxımından ciddi boşluqlar yaradır. Bu səbəbdən həm Kiyev, həm də onun əsas Avropa tərəfdaşları planın bir sıra maddələrini qəbuledilməz sayaraq rədd ediblər.

Qərb diplomatik mənbələri qeyd edirlər ki, Zelenski, Mers, Makron və Starmer arasında koordinasiya Ukraynanın mövqeyinin gücləndirilməsi və sülh danışıqları üçün açıq, lakin sərt şərtlər çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Danışıqlar perspektivinə baxmayaraq, Avropanın əsas gücləri Ukraynanın müdafiə qabiliyyətinin zəiflədilməsi ehtimalını istisna edir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay