Talin kilsəsinin ruhani rəhbəri Tade Tazmazyanın dini rütbəsi əlindən alınacaq
Poliqon xəbər verir ki, Ermənistan Apostol Kilsəsində növbəti qalmaqal yaşanır. Kilsə nizamını pozmaqda ittiham olunan Talin kilsəsinin keşişi Tade Tazmazyan yaxın günlərdə rəsmi olaraq sanından məhrum ediləcək. Bu barədə obetini pozduğunu bəyan edən Ktriç Nersisyan məlumat verib.
Erməni KİV-lərinin yazdığına görə, Tazmazyanın cəzalandırılmasının əsas səbəbi liturgiyanın sonunda katolikosun – Ktriç Nersisyanın – adının xatırlanmaması olub. Məlumata görə, həmin ayində nə keşiş, nə də onun icması, o cümlədən liturgiyada iştirak edən baş nazir Nikol Paşinyan katolikosun səhhəti və rifahı üçün dua edib. Bu isə kilsə ənənələrinin açıq şəkildə pozulması kimi qiymətləndirilib.
Kilsə rəsmiləri bildirirlər ki, adıçəkilən mərasimdə katolikosun adının çəkilməməsi yalnız dini protokolun deyil, həm də Ermənistan Apostol Kilsəsinin daxili intizam qaydalarının kobud şəkildə pozulması deməkdir. Ruhanilərin fikrincə, bu addım kilsə rəhbərliyinə qarşı hörmətsizlik kimi dəyərləndirilir və ciddi kilsə cəzası tələb edir.
Hadisə fonunda ictimaiyyət arasında kilsə-dövlət münasibətləri, Paşinyanın kilsə mərasimlərində iştirakı və siyasi proseslərin dini institutlara təsiri ilə bağlı geniş müzakirələr gedir. Kilsənin yaxın günlərdə Tazmazyanın taleyi ilə bağlı yekun qərarı açıqlayacağı gözlənilir.
Poliqon.info