Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Avropa üzrə qoşunların hərəkət vaxtını 15 dəfə artırmağı planlaşdırır

İttifaq texnika və şəxsi heyəti Rusiya sərhədinə 3 günə çatdırmağı hədəfləyir…

Poliqon xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, NATO ölkələri Avropanın qərb hissəsindən şərq cinahına – Rusiya sərhədinə doğru qoşun və hərbi texnika daşınmasının sürətini kəskin şəkildə artırmağı planlaşdırır. Mövcud 45 günlük müddətin cəmi 3 günə endirilməsi nəzərdə tutulur ki, bu da 15 dəfə sürətlənmə deməkdir.

Hazırkı logistika imkanları isə bu məqsədə çatmağa imkan vermir. Qəzet yazır ki, Avropada həm dəmir yolu xəttləri, həm də avtomobil yolları böyük həcmli ağır texnikanın sürətli şəkildə daşınması üçün tələb olunan standartlara uyğun deyil. NATO-nun Şərqi Avropada hərbi hazırlığı gücləndirməsi fonunda, infrastrukturun modernləşdirilməsi məsələsi daha da aktuallaşır.

Məlumata görə, bir sıra ölkələr artıq yolların daşıma qabiliyyətini artırmaq, körpülərin təmirini sürətləndirmək, həmçinin liman və logistika qovşaqlarında buraxılış gücünü genişləndirmək üçün hazırlıq işlərinə başlayıblar. Hərbi analitiklər qeyd edirlər ki, “üçgünlük hədəf” yalnız genişmiqyaslı infrastruktur investisiyaları və üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsi ilə mümkün ola bilər.

Ekspertlərin fikrincə, bu təşəbbüs NATO-nun Rusiya ilə potensial gərginlik ssenarilərinə daha operativ cavab vermək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Buna baxmayaraq, Avropa daxilində logistik boşluqların aradan qaldırılması xeyli zaman və maliyyə tələb edəcək.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay