Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Fələstin Konstitusiyasının hazırlanmasına kömək edəcək

Paris və Ramallah gələcək Fələstin dövlətinin əsas qanunu üçün birgə komitə yaradır...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Parisdə Mahmud Abbasla keçirilən görüş zamanı Fransa hökumətinin Fələstin administrasiyasına gələcək Fələstin dövlətinin Konstitusiyasını hazırlamaqda kömək edəcəyini bəyan edib. Fransa prezidentinin sözlərinə görə, bu məqsədlə tərəflər birgə komitə yaradacaqlar.

Makron bildirib ki, sənədin ilkin layihəsi artıq hazırlanıb və onu Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas təqdim edib. Fransa lideri vurğulayıb ki, bu təşəbbüs Fələstin dövlətçiliyinin hüquqi əsaslarının yaradılması istiqamətində mühüm addımdır və Paris sülh prosesinə institusional dəstək verməyə davam edəcək.

Mahmud Abbas görüşdən sonra bəyan edib ki, Fələstin rəhbərliyi “dialoq və sülh mədəniyyətinə sadiq qalaraq demokratik, silahsız, qanunun aliliyinə, şəffaflığa, ədalətə, plüralizmə və hakimiyyətin dövriyyəsinə əsaslanan bir dövlət” qurmaq niyyətindədir.

Xatırladaq ki, Fransa sentyabr ayında İsrailin etirazlarına baxmayaraq, Fələstini rəsmi şəkildə tanımışdı. Bundan qısa müddət sonra Paris və onun müttəfiqləri Fələstin Administrasiyasının maliyyə sabitliyini təmin etmək məqsədilə “Fövqəladə Koalisiya” adlanan beynəlxalq mexanizm yaratmışdılar. Bu təşəbbüs Fələstin hakimiyyətinin idarəçilik qabiliyyətini qoruyub saxlamağa və dövlət institutlarını möhkəmləndirməyə yönəlib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

Ən çox oxunanalar