Güclü küləklər və daşqınlar ölkənin mərkəzi bölgələrində ciddi dağıntılara yol açıb...
Poliqon xəbər verir ki, “Kalmaegi” adlı güclü tayfun Vyetnam sahillərinə çatıb. Associated Press agentliyinin məlumatına görə, küləyin sabit sürəti saatda 183 kilometr, qasırğa anlarında isə 220 kilometrə qədər yüksəlib. Fırtına nəticəsində ən azı iki nəfər həlak olub, bir neçə nəfər isə itkin düşmüş hesab olunur. Ölkə üzrə 537 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Hoşimin şəhərində daşqın təhlükəsi elan olunub. Dananq sahillərində dalğaların hündürlüyü 3 metrə qədər qalxır. Kuangqay əyalətində üç balıqçının taleyi barədə məlumat yoxdur. Mərkəzi vilayətlərdə yüzlərlə bina dağılıb, ağaclar aşaraq yolları bağlayıb, bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Fırtınanın təsiri Filippinlərdə daha ağır olub. Son məlumatlara əsasən, “Kalmaegi” nəticəsində orada 188 nəfər həlak olub, 135 nəfər isə itkin düşüb. Noyabrın 6-da Filippin prezidenti Ferdinand Markos kiçik ölkədə fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilər yaxın günlərdə yeni bir tayfunun adalara yaxınlaşacağını gözləyirlər.
Poliqon.info