Ukrayna ordusunun hücum bölmələri şəhərin mərkəzini ələ keçirərək .Şəhər Şurasının binasına yenidən bayraq sancıblar...
Poliqon xəbər verir ki, Pokrovsk şəhərində yerləşən Şəhər Şurasının binasına Ukrayna dövlət bayrağı yenidən sancılıb. Bu addım şəhərin müdafiəsində iştirak edən “Skelya” polkunun döyüşçüləri tərəfindən atılıb. Onlar uğurlu əməliyyatdan sonra binaya daxil olaraq dövlət rəmzini binanın fasadında ucaldıblar.
Ukrayna mediasının məlumatına görə, əməliyyat Pokrovskun mərkəzi hissəsində yerləşən inzibati binaların nəzarətinin bərpası çərçivəsində həyata keçirilib. Şəhərdə hələ də şiddətli döyüşlərin davam etdiyi bildirilsə də, Ukrayna qüvvələrinin bu addımı simvolik və strateji baxımdan mühüm hadisə kimi qiymətləndirilir.
Hərbi rəhbərlik qeyd edib ki, bayrağın yenidən qaldırılması Pokrovskda Ukrayna dövlətçiliyinin və müqavimət ruhunun simvolu kimi qəbul olunur. “Skelya” polkunun nümayəndələri sosial şəbəkələrdə yayımladıqları videoda bu anı “Pokrovsk uğrunda mübarizənin yeni mərhələsi” adlandırıblar.
Poliqon.info