Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal yaranıb

Tbilisi “Avronest” qətnaməsini dəstəkləyən erməni deputatları tənqid edib...

Poliqon xəbər verir ki, Gürcüstan hakimiyyəti Ermənistan parlamentinin bir qrup deputatının “Avronest” Parlament Assambleyasının Gürcüstandakı “demokratiyanın tənəzzülü” barədə qətnaməsini dəstəkləməsinə sərt reaksiya verib. Sənəd oktyabrın 31-də dərc olunub və Tbilisidə siyasi narazılığa səbəb olub.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bəyan edib ki, sözügedən qətnamə məzmundan məhrumdur və onu dəstəkləyən erməni deputatlar öz baş nazirlərinə qarşı etimadsızlıq ifadə ediblər.

“Ermənistanın baş naziri Gürcüstana rəsmi səfər edib, qanuni seçilmiş hökumətlə görüşlər keçirib. İndi isə həmin deputatlar elə bir sənədi dəstəkləyirlər ki, orada Gürcüstan hakimiyyətinin qeyri-legitim olduğu iddia edilir. Bu, açıq-aşkar şəkildə onların öz hökumətinin mövqeyinə ziddir və göstərir ki, bu qətnamənin məqsədi Gürcüstana zərbə vurmaqdan başqa bir şey deyil”, deyə Tsilosani vurğulayıb.

Siyasi müşahidəçilər qeyd edirlər ki, bu hadisə Tbilisi və İrəvan arasında münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay