Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB dövlətləri təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib

Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib...

APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak edib.

İclasın əsas mövzusu MDB regionunda beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, informasiya təhlükəsizliyini təhdid edən hallara, ekstremizmə və radikalizmə, eləcə də sadalananların doğurduğu digər mənfi təzahürlərə qarşı səyləri birləşdirməklə birgə mübarizənin aparılmasına həsr olunub.

Həmçinin, tədbirdə MDB dövlətlərinin təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran plan və vəzifələr barədə ətraflı müzakirələr aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq hərbi yardım hazırlayır

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

SEPAH Küveyt aeroportunun Patriot sisteminin səhvi nəticəsində vurulduğunu iddia edib

Almaniya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

Şoyqu: İrəvanın Aİ-yə inteqrasiyası Rusiya ilə qırılmaya aparır...

Sallivan: Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək...

Netanyahu Trampın onu “dəli” adlandırmasını təsdiqləyib

İran və ABŞ razılaşma mətnlərini nəzərdən keçiriir, yekun format üzərində işləyir

Erməni spiker Rusiyaya xəbərdarlıq edib: Keçmiş səhvləri təkrarlamayın...

Ən çox oxunanalar